Səbət
Ara toplam: 0.00 ₼

“Mənim ilk klassik əsərim” seriyasından üç kitab ikinci dəfə nəşr olunub

11.02.2016

Dəyərli oxucular, TEAS Press Nəşriyyat evi yenə də oxucularını sevindirməyə davam edir...

Sizin də bildiyiniz kimi, savadla, elmlə yanaşı insanı kamilləşdirən əsas amillərdən biri də onun həyat təcrübəsidir. Hər kəsin özünəməxsus həyat hekayəsi vardır əlbət. Lakin bizlərdən fərqli olaraq əsrlər boyu yazıçılar yaşadıqları və ya şahidi olduqları hadisələri, gördüklərindən və eşitdiklərindən əldə etdikləri təcrübələri gələcək nəsillərə ötürmək məqsədilə bir sıra əsərlər yazıblar.

"Mənim ilk klassik əsərim" seriyasına daxil olan "Qrin Qeyblz malikanəsinin qızı Anni", "Qara köhlən", "Sirli bağ" mövzu baxımından həmin əsərlərdəndir.

Əgər siz də təbiətsevərsinizsə və onun nemətlərini qorumağın tərəfdarısınızsa, o zaman Qara Köhlənin hekayəsini mütləq oxumalısınız. Əsərdə ayrı-ayrı sahibləri tərəfindən kimi zaman qəddarlıqla, kimi zaman isə mərhəmətlə üzləşən bir atdan söhbət gedir. Bəs görəsən Qara Köhlənin taleyi necə olur?

Müəllifinin Frensis Börnet olduğu "Sirli bağ" hekayəsində ata-ana diqqətinin, valideyn tərbiyəsinin uşaqların bir şəxsiyyət kimi formalaşmasında əsas rol oynadığı aşılanır. Biraz sirli, biraz da ibrətamiz xarakter daşıyan əsərimizi sizin də çox bəyənəcəyinizə inanırıq.

"Qrin Qeyblz malikanəsinin qızı Anni" əsərində isə yazıçı 11 yaşlı yetim qızın - Anni Şirlinin acınacaqlı həyatından bəhs edir. Əsər dünyada 50 milyon nüsxədən artıq satılıb və ən azı 20 dilə tərcümə olunub.

Onu da diqqətinizə çatdıraq ki, əsərlərimiz yalnızca dünyada deyil, eləcə də Azərbaycanda oxucular tərəfindən ən çox alınanlar siyahısındadır. Hətta tələbat çox olduğundan hekayələrimizi ikinci dəfə nəşr edib sizlərə təqdim edirik.

Əziz valideynlər, həmçinin siz də övladlarınızın həyat təcrübəsi və dünyagörüşünün inkişaf etməsinin tərəfdarısınızsa, o zaman TEAS Press Nəşriyyat evi tərəfindən ingilis dilindən azərbaycan dilinə böyük diqqət və ustalıqla tərcümə olunmuş kitablarımızı əldə etməyə tələsin.