Səbət
Ara toplam: 0.00 ₼

“Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi

26.09.2022

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqəsinin nəticələrinə əsasən qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

 

Müsabiqə TEAS Press Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyat bölməsinin təşkilatçılığı,Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, “ECAZ” (Art&Hobby Shop), “LİBRAFF”-ın tərəfdaşlığı ilə həyata keçirilib.

 

Müsabiqə uşaq və yeniyetmələrin yay tətilini səmərəli şəkildə keçirməyə fürsət yaratmaq, yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur. 

Müsabiqədə həm Azərbaycan dilli, həm də rus dilli oxucular iştirak edə bilərlər. Nəzərinizə çatdıraq ki,  Maqsud İbrahimbəyovun məşhur hekayələri hər iki dildə – “Uşaqlığın son gecəsi” və “Последняя ночь детства” adı ilə “3 alma” tərəfindən nəşr olunub. Müsabiqədə iştirak etmək üçün ən əsas şərt bu hekayələri oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun olaraq rəsm çəkməkdir. Kitabı almaq istəyənlər LİBRAFF və digər kitab mağazalarına müraciət edə bilərlər.

Seçim zamanı uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər, müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüldü.

Ən yaxşı 10 əsərin müəllifi peşəkar münsiflər heyəti tərəfindən seçildi:

I yer  - 1 nəfər (Qalibə “3 alma”dan 100 AZN məbləğində kitab hədiyyə).

II yer - 2 nəfər (Qaliblərə “3 alma”dan 50 AZN məbləğində kitab hədiyyə)

III yer - 3 nəfər (Qaliblərə “3 alma”dan 30 AZN məbləğində kitab hədiyyə)

Əlavə 10 nəfər isə həvəsləndirici mükafatlarla təltif edildi.

Bütün qaliblər 3 alma, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, “ECAZ” (Art&Hobby Shop), Orxan Qarayev tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olundu.

27 – 29 sentyabr tarixlərində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində açıq qapı günü keçiriləcək, qaliblərin rəsmləri sərgilənəcək. 

 

Ünvan: İçərişəhər, Böyük qala 28.

 

Əlaqə nömrəsi: +994518806601