Səbət
Ara toplam: 0.00 ₼

Xəbərlər

Beynəlxalq uşaq qəhrəmanı ELMER 30 yaşını qeyd edir!

Beynəlxalq uşaq qəhrəmanı ELMER 30 yaşını qeyd edir!

26.04.2019

İngiltərə uşaq ədəbiyyatının ən sevilən müəlliflərindən olan Devid Makkinin yaratdığı obraz bütün fillərdən fərqlənən ELEMR adlı fildir. Uşaqlar tərəfindən çox sevilən ELMER kitabları qısa zaman ərzində dünyada 50-dən çox dilə təcümə olunaraq, 8 milyondan çox satılıb.
May ayının 25-də dünyaca məşhur fil Elmerin 30 yaşı tamam olur. 

Gənc Şerlok kimdir?

Gənc Şerlok kimdir?

25.04.2019

Klassik ədəbiyyatdan bizə məlum olan Artur Konan Doylun qəhramanı xəfiyyə Şerlok Holms ilk dəfə 33 yaşlarında təqdim olunur. Artur Konan Doyl Şerlok Holms haqqında 56 hekayə və 4 roman yazıb. Onun əsərlərini oxuyarkən biz Şerlokun uşaqlığı və gəncliyi haqqında heç nə bilmirdik.
 Britaniyalı yazıçı və jurnalist Endryu Leyn Artur Konan Doylun bütün kitablarını oxuyub və tədqiq etdikdən sonra qərara gəlib ki, Şerlokun yeniyetməlik və gənclik dövrünü yazsın. Seriyanın ilk kitabı “Ölüm buludu” 2010-cu ildə çap olunub. Bu 8 kitabda Endryu Leyn sizə aşağıdakı sualların cavabını verir.

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsi qalibləri elan olundu

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsi qalibləri elan olundu

17.04.2019

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsinin qalibləri aprelin 12-də elan olunub. 

"Leyla Məmmədbəyova-Şərqin ilk  təyyarəçisi" kitabı Dünya Məktəbində

"Leyla Məmmədbəyova-Şərqin ilk təyyarəçisi" kitabı Dünya Məktəbində

17.04.2019

Şərqin ilk təyyarəçi qadınından bəhs edən "Leyla Məmmədbəyova-Şərqin ilk təyyarəçisi" kitabının müəllifi Nərmin Mahmudova və kitabın rəssamı Ruhulla Həsənzadə Dünya Məktəbinin ibtidai sinif şagirdləri ilə görüşüb. 

"3 alma"nın yeni kitablarının icmalı Bakı Modern Təhsil Kompleksində keçirilib

"3 alma"nın yeni kitablarının icmalı Bakı Modern Təhsil Kompleksində keçirilib

09.04.2019

"3 alma"nın yeni nəşr olunan kitabları barədə Bakı Modern Təhsil Kompleksində şagirdlərlə icmal xarakterli görüş keçirilib. Görüş mütaliəyə olan marağı daha da artırmaq məqsədi daşıyıb. 

İsmayıl Şıxlının “Məni itirməyin” kitabının təqdimatı olub

İsmayıl Şıxlının “Məni itirməyin” kitabının təqdimatı olub

18.03.2019

İsmayıl Şıxlının 100 illiyi ərəfəsində  “Məni itirməyin” kitabının təqdimatı olub. Təqdimatda yazıçının ailə üzvləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər. 

"Əli və Zümrüdün sehrli xalçası" Avropa Azərbaycan məktəbində

"Əli və Zümrüdün sehrli xalçası" Avropa Azərbaycan məktəbində

05.03.2019

"Əli və Zümrüdün sehrli xalçası" kitabı Avropa Azərbaycan məktəbinin ibtidai sinif şagirlərinə təqdim olundu. 

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsinə start verildi

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsinə start verildi

12.02.2019

“3alma” məktəblilər arasında rəsm müsabiqəsini elan edir. Müsabiqədə məktəbli olan hər kəs iştirak edə bilər. Bunun üçün şərtlər çox sadədir:

1. İştirakçının məktəbli olması mütləqdir;
2. İştirakçı “3alma”nın “Gənc  Şerlok”  seriyasına daxil olan 8 kitabdan istənilən birini oxuyub, maraqlı səhnəsinə rəsm çəkməlidir;
3. Kitab haqda  150 sözdən çox olmayaraq təəssüratlarını yazmalıdır; 
4. Rəsm, yazı və şagirdin özü haqda qısa məlumatlar Firudin bəy Köçərli adına Uşaq kitabxanasına göndərilməlidir.

"Əli və Zümrüdün sehrli xalçası" Bakı Modern Təhsil Kompleksində

"Əli və Zümrüdün sehrli xalçası" Bakı Modern Təhsil Kompleksində

25.01.2019

"Əli və Zümrüdün sehrli xalçası" kitabının müəllifi, uşaq yazıçısı Əsli Səmədova ilə Bakı Modern Təhsil Kompleksinin ibtidai sinif şagirdləri ilə görüş keçirilib.

 

 

 

"Əngəlsiz arzular" uşaqların sevimli kitabına çevrildi

"Əngəlsiz arzular" uşaqların sevimli kitabına çevrildi

23.12.2018

Fiziki məhdudiyyətli bir oğlanın qarşılaşdığı maneələrdən və bu əngəlləri aşmağın yollarından danışan "Əngəlsiz arzular" "3alma" nəşrləri arasında dekabr ayının ən çox satılan uşaq kitabıdır