Xəbərlər və Tədbirlər

 "Külək-Yel kürəsinin şahzadəsi" kitabının müəllifi Xülya Cəfərova və kitabın rəssamı Ruhulla Həsənzadənin Avropa Azərbaycan Məktəbinin şagirdləri ilə görüşü keçirilib.
Uşaqların ən çox sevdiyi kitaba çevrilən "Əngəlsin arzular"ın müəllifi Orxan Adıgözəl və kitabın rəssamı Ruhulla Həsənzadənin Dünya Məktəbində şagirdlərlə görüşü keçirilib. 
“LIBRAFF” kitab mağazasında Qafqazın, həmçinin bütün  Cənubi Avropanın və Ön Asiyanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova haqqında yazılan "Leyla Məmmədbəyova - Şərqin ilk təyyarəçisi" kitabının təqdimatı olub.  
“Yaşından asılı olmayaraq, bütün zalımlar bir-birlərinə çox bənzəyirlər. Nə qədər döysələr, söysələr, işgəncə versələr də, heç vaxt razı qalmazlar. Zalımlarla bağlı bir gerçəklik də ondan ibarətdir ki, çox vaxt özlərini də incidən, yaralayan, qarın ağrısı və ya dabana batmış tikan kimi sancı verən dərdləri olur. Bu dərdin səbəbi tənhalıq, qısqanclıq, hətta qorxu da ola bilər”.
Qısa zamanda kitabı ən çox satılan müəlliflərdən birinə çevrilən gənc yazar Xülya Cəfərovanın LİBRAFF kitab mağazasında imza günü keçirildi. 
Oxucunu sevindirən ən gözəl şeylərdən biri də yeni yazıçı kəşf etməkdir. Oxumaqdan doymadığı, zövqlə mütaliə etdiyi yeni nəfəs, yeni qələm... Aytül Akal kimi, məsələn. 

“Yazıram. Çünki, yazmaq mənim  ən böyük xoşbəxtliyim, ən şiddətli arzumdur. Mən böyüyəndə məşhur bir yazıçı ya da məşhur bir şair olacağam”. 
19-cu əsrdə yaşamış Ann Syuell İngiltərəmin Norflok qəsəbəsində dünyaya gəlib və sonradan ailəsi ilə birlikdə Londona köçüb.
 
Kanadalı yazıçı Lyusi Mod Montqomerinin "Qrin Qeyblz malikanəsinin qızı Anni" romanı balaca kürən, yetim qız Anni Şirli haqqında yazılan silsilənin ilk kitabıdır.
"3 alma"nın bu kitabı, hətta ardıyca silsilənin ikinci romanı "Avenyu qəsəbəsinin qızı Anni"ni tərcümə edərək nəşr etdiyini biləndə çox sevindim. Nəhayət, xoş təsadüf nəticəsində hər iki kitabı oxumaq fürsətim oldu.

Uşaqlara yanaşmamıza klişelər hakimdir: "uşaqlar dəcəl və şıltaqdırlar", bir uşaqla dialoqumuza "gözəl bala" müraciəti ilə başlayıb, ardınca nə deyəcəyimizi bilmirik.