Amazondan Arktikaya: Gecə qırğısının qadağan olunmuş köç səyahəti

Bütün müəllimlərin və 10 yaşdan yuxarı şagirdlərin nəzərinə!

3 alma məktəblilər arasında esse müsabiqəsi elan edir.

Essenin şərtləri:

1.     3 almanın nəşr etdiyi “Gecə qırğısı” kitabını oxumaq;

2.     Kitab əsasında “Amazondan Arktikaya: Gecə qırğısının qadağan olunmuş köç səyahəti” adlı esse yazmaq;

3.     Essedə mütləq bu məqama toxunmaq lazımdır: Uisp hansı quşun ayaqlarını dinozavr ayaqlarına bənzədirdi? O quşun növü və kitabdakı adı nədir?

4.     Essedə minimum 500 söz olmalıdır;

5.     Esselər avqustun 30-dək info@3alma.az ünvanına (Mövzu hissəsində Esse yazılmaq şərtilə) Word formatında göndərilməlidir;

6.     Essenin sonunda mütləq bu məlumatlar yazılmalıdır: essenin müəllifinin adı, soyadı, yaşı, oxuduğu məktəb, əlaqə nömrəsi.

 

Təqdim olunan esselər avqustun 30-dan sonra Təhsil eksperti, nəşriyyatın əməkdaşı və psixoloqdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər  sentyabrın 10-da elan olunacaq.

Essenin qaliblərinə veriləcək mükafatlar:

1-ci yerin qalibi – 100 manat məbləğində kitab

2-ci yerin qalibi – 50 manat məbləğində kitab

3-cü yerin qalibi – 25 manat məbləğində kitab