Səbət
Ara toplam: 0.00 ₼

İsmayıl Şıxlının “Məni itirməyin” kitabının təqdimatı olub

18.03.2019
Kitabda İsmayıl Şıxlının qələmə aldığı bir sıra hekayələr, əfsanələr, o cümlədən cəbhə xatirələri yer alıb. "Məni itirməyin” kitabını çap etdiklərinə görə “3 alma” nəşriyyatına təşəkkürünü bildirən yazçının oğlu Elçin Şıxlı qeyd edib ki, nəşriyyat hələ sərəncamın verilməsindən əvvəl bu təşəbbüslə çıxış edib: “Çox yaxşı haldır ki, kitab İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin verdiyi sərəncam ərəfəsində çıxıb. Bir daha təşəkkürümü bildirirəm, ailəsi olaraq bizim üçün bu kitab gözəl hədiyyədir”. 

Daha sonra jurnalist Fərruz Şıxlinski, professor Qulu Məhərrəmli, jurnalist Arif Əliyev, yazıçı Zahid Xəlil çıxş ediblər.

Çıxışlardan sonra məktəblilər “Məni itirməyin” kitabından parçalar səsləndiriblər.