Səbət
Ara toplam: 0.00 ₼

"Külək-Yel kürəsinin şahzadəsi" kitabı Avropa Azərbaycan Məktəbində

20.12.2018

Görüşün əvvəlində "Külək-Yel kürəsinin şahzadəsi" kitabı üçün hazırlanmış booktrailer şagirdlərə göstərilib. Bir-birindən maraqlı, mistik hadisələrlə zəngin olan kitabda, hadisələr Bakı, Atəşgah və digər bölgələrdə cərəyan edir. 

Xülya Cəfərova kitabın üçhissədən ibarət trilogiya olduğunu və yaxın vaxtlarda ikinci hissənin hazır olacağını bildirib. Kitabda yer alan illüstrasiyalar barədə danışan rəssam Ruhulla Həsənzadə yaratdığı yeni obrazların uşaqlar tərəfindən qəbul olmasından məmnun olduğunu xüsusi qeyd edib.

Tədbirin sonunda həm müəllif həm də rəssam şagirdlərin kitablarını imzalayıb.