Səbət
Ara toplam: 0.00 ₼

"Əli və Zümrüdün sehrli xalçası" Bakı Modern Təhsil Kompleksində

25.01.2019
Bakı Modern Beynəlxalq Məktəbinin kitabxanasının təşkilatçılığıyla uşaq yazıçısı Əsli Səmədova ilə görüş keçirilib.  Məktəbin 5-ci  sinifləri ilə səmimi söhbətə başlayan Əsli Səmədova ilk kitabı olan “Əli və Zümrüdün sehrli xalçası” hekayəsi haqqında məlumat verdikdən sonra şagirdlərin suallarını cavablandırıb. 

Verilən suallar şagirdlərin kitabı dərindən və böyük həvəslə mütaliə etdiklərini göstərib.  Sonda Bakı Modern Beynəlxalq Məktəbin icraçı direktoru Samirə Teymurova yazıçıya öz təşəkkürünü bildirərək görüşdən məmnun olduğunu qeyd edib. İngilis dilində keçirilən görüşün sonunda yazıçı şagirdlərin kitablarını imzalayıb.