Səbət
Ara toplam: 0.00 ₼

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsi qalibləri elan olundu

17.04.2019

"3 alma" nın Firidun Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirdiyi və fevralın 12-dən elan olunan Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsinin qalibləri aprelin 12-də elan olunub. 1-ci yerə Elitar Gimnaziyanın 3-cü sinif şagirdi Fidan Kamal, 2-ci yerə Dünya Məktəbinin şagirdi Fidan Şərifli, 3-cü yerə isə Bakı Modern Təhsil Kompleksinin şagirdi Arif Qurbanzadə layiq görüldü. Bütün iştirakçılara isə sonda hədiyyələr təqdim olundu. Müsabiqənin əsas məqsədi mütaliəyə maraq yaratmaq və eyni zamanda istedadlı şagirdləri üzə çıxarmaq idi.