Səbət
Ara toplam: 0.00 ₼

"Əngəlsiz arzular" uşaqların sevimli kitabına çevrildi

23.12.2018

"Əngəlsiz arzular" kitabının müəllifi Orxan Adıgözəlin Avropa Azərbaycan məktəbi və Dünya məktəbində uşaqlarla görüşü keçirilib. Hər məktəbdə şagirdlər tərəfindən böyük maraqla qarşılanan yazıçı, uşaqların kitabla bağlı fikirlərini dinləyərək onların suallarını cavablandırıb.

Kitabın müəllifi ilə bərabər illüstratoru Ruhulla Həsənzadə də imza günündə iştirak edib. Həm müəllif həm də rəssam kitabın ərsəyə gəlməsi barədə ətraflı danışıb. 

Müəlliflə görüşün sevincini yaşayan məktəblilər sonda öz kitablarını ona imzalatdırıblar.  

Fiziki məhdudiyyətli bir oğlanın qarşılaşdığı maneələrdən və bu əngəlləri aşmağın yollarından danışan "Əngəlsiz arzular" "3alma" nəşrləri arasında dekabr ayının ən çox satılan uşaq kitabıdır.