Səbət
Ara toplam: 0.00 ₼

"Əgər sehrli çubuğum olsaydı...” adlı kitabın təqdimatı baş tutdu

04.06.2018

1 iyun 2018-ci il tarixində UAFA Uşaqlara Dəstək Təşkilatı və Milli İncəsənət Muzeyinin
birgə təşkilatçılığı ilə "3 alma"nın sponsorluğu ilə çap olunan "Əgər sehrli çubuğum
olsaydı..." adlı kitabın təqdimat mərasimi keçirilib.

 


Hər səhifəsində xüsusi qayğıya ehtiyac duyan uşaqların arzu və xəyallarının yer aldığı bu
kitab, müvafiq dövlət qurumlarının diqqətini cəlb etməli və incəsənət vasitəsilə xüsusi
qayğıya ehtiyacı olan uşaqların sosiallaşması üzrə platformanın yaradılması və inkişafı
dövlət və özəl sektorların davamlı əməkdaşlığı istiqamətində önəmli bir addımdır.


Gün ərzində layihədə iştirak edən uşaqların əsərlərindən ibarət xeyriyyə yarmarkası və
təqdimatı keçirilən kitabın satışı gerçəkləşəcək. Əldə olunan bütün vəsait imkanları məhdud
olan uşaqların ailələrinə təqdim olunacaq. UAFA tərəfindən dəvət olunmuş istedadlı
uşaqların parlaq çıxışı təqdimata xüsusi rəng qatacaq.