Səbət
Ara toplam: 0.00 ₼

“Əgər Armadil restorana getsəydi“

26.01.2017

Dəyərli valideynlər, övladınızın artıq 4 yaşı var və o hələ də heyvanları tanımır? Amma ola da bilər ki, bir çoxunuz onları zooparka apararaq heyvanlarla tanış etmisiniz. Bəs uşaqlarınızın hansı heyvanın nə ilə qidalandığı haqqında da məlumatı varmı?
Deyə bilərsiniz "Bəli! Mən hər gün övladımla məşğul oluram və ona hər şeyi öyrədirəm."
Gəlin məsələyə bir az real yanaşaq. Hamımız fərqindəyik ki, heç birimiz bütün mövzulara dərindən hakim deyilik. Demək olar ki, hər birimizin öyrətdiyimiz qədər də öyrənməyə ehtiyacımız var.
Uzun sözün qısası əgər bütün bu dediklərimdən sonra uşaqlarınızın daha ətraflı məlumata yiyələnməsini və eyni zamanda ona kitab oxuduğunuz zaman əyləncəli vaxt keçirməsini istəyirsinizsə sizə "Əgər Armadil restorana getsəydi" kitabımızı məsləhət görmək istəyirəm.


İlk dəfə hələ 2004-cü ildə ABŞ-ın "Scarletta" nəşriyyatı tərəfindən "If an Armadillo Went to a Restaurant" adı ilə nəşr olunan bu kitabı bu gün TEAS Press Nəşriyyat evi sizlər, xüsusilə də uşaqlarınız üçün ingilis dilindən Azərbaycan dilinə böyük diqqətlə tərcümə edərək, hazırlamışdır. Öyrətməklə yanaşı, uşaqları əyləndirmək xüsusiyyətinə malik olan kitabımızı əmin olun ki, övladlarınız da böyük diqqət və həvəslə oxuyacaq. "Armadilin hekayəsi kitabı uşaqlarımıza nə qazandıracaq?" - deyə soruşa bilərsiniz. Bu fikrə də aydınlıq gətirim. Kitabı oxuduqca uşaqlarınız bəlkə də heç tanımadığı heyvanları artıq tanıyacaq və onların nə ilə qidalandığından xəbərdar olacaq. Məsələn, sual versəm ki itlər, pişiklər nə ilə qidalanır? Deyərsiniz ki, bunu bilməyə nə var. Hər kəs rahatca öz fikrini bildirə biləcək. Bəs oktopod, kenquru, kirpi, dəniz tısbağası? Bu heyvanlar haqqında da nəsə fikriniz varmı? Bəlkə də var.

Açığı mən də bildiyimi düşünürdüm. Amma kitabı oxuduqdan sonra bildiklərimin nə qədər kifayətsiz olduğunun fərqinə vardım. Son olaraq onu da deyim ki, Armadilin hekayəsini oxuduqdan sonra uşaqlarınız sizdən, xüsusilə onun üçün hazırlamağınızı istədiyi yeməklər sifariş edə bilər. Məncə onlardan öncə kitabın sonunda verilən menyuya siz göz atın.
Dəyərli oxucular, bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, Armadilin hekayesi TEAS Press Nəşriyyat evinin nə ilk, nə də son uğurudur. "3 alma" əmtəə nişanı ilə tərcümə etdiyimiz hər bir kitabımızda xüsusi diqqət yetirdiyimiz məsələlər var. Məqsədimiz uşaqların yalnızca kitab oxuyaraq məlumat əldə etməsi deyil. Əsas məqsədimiz uşaqların yeni-yeni informsiyalar toplaması ilə yanaşı balacaların oxuduğu, oxumağı bacarmasa belə əlinə aldığı kitabın vərəqlərini səhifələdikcə, kitaba toxunduqca zövq alması, kitabının onun üzündə qeyri-ixtiyari təbəssüm doğurmasıdır. Unutmayaq ki, əylənərək əldə olunan informasiya daha uzun müddət yadda qalır. Xüsusilə də, bu oxucu uşaqdırsa.
Əziz valideynlər, oxumaq heç zaman gec deyil doğrudur. Amma gəlin zamanında oxuyaq və balacaların da oxumasına vəsilə olaq.

Sizlərə xoş mütaliələr arzu edirəm....


Ayan Sadıqova