Səbət
Ara toplam: 0.00 ₼

3 alma uşaq ədəbiyyatı dünya məktəbində

01.04.2016

"TEAS Press" Nəşriyyat Evinin "3 alma" uşaq ədəbiyyatı bölməsi Dünya Məktəbində öz kitablarının təqdimatını keçirdi. Təqdimat çərçivəsində 52 adda uşaq kitabları sərgiləyən nəşriyyat, uşaqlarla görüş keçirərək yeni kitablar barədə ətraflı məlumat verib.


1,2,3,4 və 5-ci sinif şagirdlərinin qatıldığı təqdimatda çıxış edən "3alma" uşaq ədəbiyyatının təhsil üzrə məsləhətçisi Aysel Zahidqızı uşaqlarla interaktiv sorğu-sual edərək onların müasir uşaq ədəbiyyatına olan maraq və istəklərini müzakirə edib.


Hər bir kitab haqqında uşaqlara məlumat verildikdək uşaqlara hekayələr oxuyan təhsil üzrə məsləhətçi onların dünya görüşünü yoxlamağı da unutmayıb.

Dünya məktəbi ilə əməkdaşlığa başlayan "3alma" uşaq nəşriyyatı mütəmadi şəkildə bu məktəbdə yeni kitabların təqdimatını həyata keçirəcək.
Təqdimatdan maraqlı görüntülər  fotolarda....