Bizi əhatə edən ətraf aləm haqqında nə qədər məlumata sahibsiniz? Heyvanların harda yaşadığından, nə ilə qidalandığından xəbərdarsınızmı?

Bildiyiniz kimi, TEAS Press Nəşriyyat evi "Üç alma" əmtəə nişanı ilə azyaşlı oxucularımız üçün ingilis dilindən Azərbaycan dilinə çoxlu sayda kitablar tərcümə edir. Biz yalnız məktəbə gedən uşaqları deyil, eyni zamanda, hələ oxumağı bacarmayan, 1 yaşından yuxarı uşaqları da düşünürük. Bu səbəbdən Azərbaycanda bir ilk olan və Oyuncaq kitab adlandırılan bu 3 kitabı - "Bax gör mən nə yeyirəm?" , "Bax gör mən harda yaşayıram?", "Hər kəs əsnəyir " əsərlərinin Azərbaycanca versiyasını sizlərə təqdim edirik. Müəllifinin Liesbet Slegers və Anita Bijterboş olduğu və içərisində gizli şəkillərin yer aldığı kitablarımız uşaqlarınızın hansısa bir yeniliyi keşf etməsinə, öyrənməsinə, eyni zamanda əylənməsinə kömək edəcək. Siz də uşaqlarınızın təbiətdə yaşayan canlılardan xəbərdar olmasını, heyvanların nə ilə qidalandığını, harda yaşadıqlarını, bir sözlə ətraf mühit haqqında müəyyən təsəvvürlərə yiyələnməsini, gələcəkdə savadlı, təcrübəli bir şəxs kimi formalaşmasını istəyirsinizsə, o zaman, əziz valideynlər, kitablarımızı əldə etməyə tələsin. Unutmayın ki, övladlarınızın gələcəyi sizdən asılıdır.