Səbət
Ara toplam: 0.00 ₼

Ən çox satılanlar...

30.11.2015

 

Əziz oxucularımız, bildiyiniz kimi TEAS Press Nəşriyyat evinə məxsus "Üç alma" əmtəə nişanı ilə azyaşlı oxucularımız üçün nəzərdə tutulmuş bir sıra kitablar İngilis dilindən Azərbaycan dilinə tərcümə olunur. Gülməli, düşündürücü, həmçinin də ibrətamiz hekayələrin olduğu kitablarımız olduqca geniş oxucu kütləsinə malikdir. Onlar yalnız mətnləri ilə deyil, şəkilləri ilə də diqqət çəkərək uşaqlarınızın üzündə təbəssüm yaradacaq və balacalara həyata dair təcrübələr qazandıracaq. Hələ kitab oxumağı bacarmayan övladlarınız belə, incəliklərinə qədər düşünülüb hazırlanmış fotoşəkillərə baxmaqla, burada söhbətin nədən getdiyini anlaya biləcəklər. Beləcə, kitablarımız uşaqlarınızın zövqünü oxşamaqla bərabər, düşünmə qabiliyyətinin inkişafına da dəstək verəcək.

 

Dəyərli kitabsevərlərimiz, bu gün biz sizlər üçün noyabr ayında ən çox satılan kitablarımızın siyahısını müəyyənləşdirdik. "Bala dovşan", "Balaca qırmızı toyuq""Sevimli Sevinc" seriyası ən çox oxunanlar siyahısında ilk üçlükdə yer alır. Bəs siz bu gözəl hekayələrimizi oxumusunuzmu? Əgər hələ də oxumamısınızsa və siz də övladlarınızın müstəqil şəkildə düşünmə qabiliyyətinin formalaşmasını, ananın uşaqların həyatında rolunun vacibliyini və əməklə məşğul olmağın insan yaşamı üçün zəruriliyini dərk etməsini istəyirsinizsə, kitablarımızı əldə etməyə tələsin.