Bu il Elmerin 25 yaşı tamam olur. Bu hadisəni qeyd etmək üçün «TEAS Press» Nəşriyyat Evinin “Üç alma uşaq ədəbiyyatı” bölməsi «Elmer» seriyasından olan dörd kitabı nəşr etmişdir.

Elmer müasir uşaq ədəbiyyatının ən tanınmış personajıdır. Qırmızı, yaşıl, sarı, mavi, ağ, qara, narıncı, çəhrayı və bənövşəyi rənglərdən ibarət dama-dama, ala-bəzək fil Elmerin hekayələri həm ingilis dilində, həm də dünyanın digər dillərində uşaqları məftun edir və əyləndirir. İndi isə doğma dilində bu hekayələrdən zövq almaq növbəsi azərbaycanlı uşaqlarımızındır.

«Elmer» seriyasından olan kitabların müəllifi və illüstratoru britaniyalı yazıçı Devid MakKidir. Bu kitabların dünyanın dörd bir yerində yeddi milyondan çox nüsxəsi satılıb.

«Elmer» seriyasının Azərbaycan dilində versiyası cari ilin noyabr ayında Bakıda satışda olacaq.