Səbət
Ara toplam: 0.00 ₼

“Cek Templer” seriya kitabları artıq Bakıda da nəşr edilir

07.11.2014

Amerikalı yazıçı Ceff Qunhus «Cek Templer» seriya kitablarının müəllifidir. On bir yaşından yuxarı, macəra sevən uşaqlar üçün nəzərdə tutlmuş bu kitabların ingilis dilində versiyası «Amazon» internet səhifəsindən ən çox satılmış kitablardır. İndi isə bu kitabları azərbaycanlı oxucular da əldə edə bilərlər.

Bu kitabların əsas qəhrəmanı Cek Templer 14 yaşı olanda öyrənir ki, o, əcinnə ovçusudur və müxtəlif qorxulu və mənfur varlıqlarla döyüşməli olur. Digər əcinnə ovçuları və dostları ilə komanda quraraq Cek gizli akademiyaya daxil olub orada ovçuluq və döyüş sirrlərini mənimsəyir. O, illər əvvəl Qara Lord tərəfindən əsir alınmış atasını xilas etmək üçün üzləşməli olduğu qorxunc məxluqlara qarşı öyrəndiyi hər fənd və bacarıqları bütün cəsarəti ilə ortaya qoymalıdır.

Yeniyetmə oxucular bu romanlardakı macəra və yumoristik yanaşmaları sevirlər. Bu kitablar cari ilin noyabr ayından etibarən Bakıda satışda olacaq.