Səbət
Ara toplam: 0.00 ₼

“TEAS Press” Nəşriyyat Evi “Üç alma” uşaq ədəbiyyatını təqdim edir

13.11.2014

Mo Uilyems

“TEAS Press” Nəşriyyat Evi “Üç alma” uşaq nəşrlərini təqdim etmək üçün 13 noyabr, 2014-cü ildə “Abşeron Bakı Marriott Otel”də VİP səviyyədə kitab təqdimatı keçirəcək.

Təqdimatın xüsusi qonağı dəfələrlə müxtəlif mükafatların laureatı olmuş yazıçı və illüstrator Mo Uilyemsdir. Yazıçı özünün məşhur Göyərçin, Piqqi və Fil, Bala Dovşan qəhrəmanları ilə tanınır. Tədbirdə 20-yə yaxın kitab təqdim ediləcək. Onların arasında şəkilli, asan oxunaqlı kitablardan tutmuş sadələşdirilmiş kitablara, yeni oxumağa başlayanlar üçün nəzərdə tutulmuş silsilə kitablara, orta səviyyəli oxucular üçün nəzərdə tutulmuş kitablara və klassik əsərlərə qədər bir çox nəşrlər var.