Səbət
Ara toplam: 0.00 ₼

Əcinnə ovçusu Cek Templer (Templer seriyasından birinci kitab)

TEZLİKLƏ
Books Icon

Əcinnə ovçusu Cek Templer (Templer seriyasından birinci kitab)
Azərbaycan dilində ikinci nəşri

Hal-hazırda bu kitab əlindədirsə, güman edirəm ki, artıq əcinnə ovçususan, ya da ovçu olmağa hazırlaşırsan. Ümid edirəm ki, mənim hekayəm döyüşlərdə sənə yardımçı olacaq.
Amma əcinnə ovçusu deyilsənsə,
BU KİTABI DƏRHAL KƏNARA QOY!
Mən ciddi deyirəm.
Bu hekayə hər kəsin oxuması üçün deyil. Onun bəzi hissələrini köçürüb, ovçu olmayanların arasında yaydıqlarını eşidəndə özümü təhqir olunmuş hiss etdim. Bu kitabın yüzlərlə qanunsuz surətini tapıb məhv elədim. Amma inanmıram ki, hamısını tapa bilmişəm.

Bu, oyun deyil. Bu - həqiqətdir. Ona görə də növbəti hissəni diqqətlə oxu. Kitabı açsan əcinnələr bunu biləcəklər. Qanlı su köpək balıqlarını cəlb edən kimi, onlar da səni tapmağa can atacaq. İstədin-istəmədin, sən də mənim kimi əcinnələr dünyasına düşəcəksən. Əcinnə ovçusu olmaqdan başqa seçimin qalmayacaq. İnan mənə, sən hələ hazır deyilsən. Əcinnələr hər yerdədir. Uyğun təlim keçməsən, heç bir uğur qazana bilməyəcəksən.
Yalvarıram, bu kitabı oxuma!
Oxusan da... sonra demə ki, sənə xəbərdarlıq etməmişəm.

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 144 səhifə
  • Əlavə: Azərbaycan dilində ikinci nəşri
  • ISBN: 9789952494266
  • Qiymət : 7.00 AZN
  • Müəllif: Ceff Qunhus
  • İllüstrator: Erik Qunhus
7.00