Səbət
Ara toplam: 0.00 ₼

Aslanürək qardaşlar

TEZLİKLƏ
Books Icon

Aslanürək qardaşlar
ingilis dilindən tərcümə

"Balaca və damda yaşayan Karlson", "Uzuncorab Peppi" və s. kimi dünya şöhrətli əsərlərin müəllifi Astrid Lindqrenin "Aslanürək qardaşlar" əsəri mövzusuna və təsvir xüsusiyyətlərinə görə fərqlidir. Fantastika və reallığın birləşdiyi bu əsər kiçik yaşlı oxucularda özünəinam, mübarizə əzmi formalaşdırır. Bütün günü mətbəxdəki divanda yatmaqla keçən balaca Karlın böyük qardaşı ona heç bənzəmir. O, yaraşıqlı, cəsur, ünsiyyətcildir sanki nağıllardan gəlmiş şahzadələrə bənzəyir. Bir gün onların taxta evlərində yanğın baş verir və həmin gündən bəri Karl onu xilas edən cəsur qardaşı ilə əfsanəvi diyar Nangiyalada görüşəcəyi günün həsrəti ilə yaşayır. Nəhayət, o da Nangiyalaya gəlir və buranın, həqiqətən, qardaşının dediyi qədər gözəl yer olduğunu görür. Lakin burada da təhlükə var və Nangiyalanın xoşbəxt, qayğısız sakinlərini bu təhlükədən qorumaq vəzifəsi Aslanürək qardaşların üzərinə düşür...

  • Yaş Kateqoriyası: 12 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 200 ağ-qara səhifə
  • Əlavə: ingilis dilindən tərcümə
  • Ölçü: 155x210
  • ISBN: 9789952532517
  • Qiymət : 8.00 AZN
  • Müəllif: Astrid Lindqren
  • İllüstrator: İlon Viklənd
8.00