Səbət
Ara toplam: 0.00 ₼

Qızıl Plomb

TEZLİKLƏ
Books Icon

Qızıl Plomb
Polyak dilindən tərcümə

Xəfiyyə Tomas heç nədən qorxmur... Demək olar ki, heç nədən....
Amma o, diş həkiminin müayinəsinə getməyi bir az sevmir.
Günlərin birində doktor Olya ondan yardım istəyəndə Tomas, Kiça, Klotilda və Yevsey bir anlıq da olsa tərəddüd etmirlər! Məsələ yaman müəmmalıdır.
Stomatoloji klinikadan həkimin dişyonan alətləri itir... Özü də elə-belə alətlər yox ha, almazdan hazırlananlar!
Bu dəfə günahkar kim olacaq?
Qeydiyyat şöbəsində işləyən Vanda, yoxsa həkim assistenti Maya?
Bəlkə, oğru tamamilə başqa biridir?..
Gənc xəfiyyələr işə başlayırlar!
Görəsən, bu dəfə də oğurlanmış alətlərin sirrini öyrənə biləcəklər?
Siz nə düşünürsünüz?

  • Yaş Kateqoriyası: 8 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 128 səhifə
  • Əlavə: Polyak dilindən tərcümə
  • Ölçü: 151x213 mm
  • ISBN: 9789952311198
  • Qiymət : 6.00 AZN
  • Müəllif: Aqneşka Stelmaşık
  • İllüstrator: Anna Oparkovska
6.00