Səbət
Ara toplam: 0.00 ₼

Yadplanetlilərin hücumu

TEZLİKLƏ
Books Icon

Yadplanetlilərin hücumu
Polyak dilindən tərcümə

Nəhayət, Tomasla dostlarının – Yevsey, Klotilda və Kiçanın çoxdan gözlədiyi tətil gəlib çatdı və onlar birlikdə kəndə, Yulian dayıgilə getdilər. Lakin tərslikdən, təcrübəli xəfiyyələr təbiət qoynunda istirahət etmək əvəzinə, yenə də qonşuları təngə gətirən müəmmalı hadisə ilə qarşılaşdılar. Məsələ burasındadır ki, gecələr cənab Mateuşun tarlasında qəribə dairələr peyda olur! Tomas və onun dostları dərhal istintaqa başlayırlar. Dayının evinin terrasında teleskop qoyub... səmanı seyr edirlər.
Görəsən, taxılların üstündəki müəmmalı piktoqramlar yadplanetlilərin əməlidir? Hadisə yerinə gələn jurnalistlər məhz belə düşünürlər. Lakin bəlkə, bu qəribə hadisənin başqa izahı da var? Siz bu barədə nə düşünürsünüz?

  • Yaş Kateqoriyası: 8 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 128 səhifə
  • Əlavə: Polyak dilindən tərcümə
  • Ölçü: 151x213 mm
  • ISBN: 9789952311167
  • Qiymət : 6.00 AZN
  • Müəllif: Aqneşka Stelmaşık
  • İllüstrator: Anna Oparkovska
6.00