Səbət
Ara toplam: 0.00 ₼

Göyqurşağı

TEZLİKLƏ
Books Icon

Göyqurşağı

Zahid Xəlil Azərbaycan poeziyasında görkəmli yer tutan şairlərimizdəndir. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edibdir. Zahid Xəlil yaradıcılığı bir məqsədə xidmət edir: "Uşaqları ağıllı, qoçaq, işgüzar, zəhmətsevər görmək. Zahid Xəlilin uşaq şeirləri öz yığcamlığı ilə diqqəti cəlb edir. Az sözlə bütöv fikri ifadə etmək bacarığına malik olan şair bu üsuldan tez-tez istifadə etməyə çalışır,
öz yığcamlıq prinsipinə sadiq qalır. "Göyqurşağı" kitabında onun ən yaxşı şeirləri və mənzum nağılları toplanıb.
"Zahid Xəlil uşaq ədəbiyyatımızın ən yaxşı təbliğatçısı, görkəmli uşaq ədəbiyyatı mütəxəssisidir,"
- Hikmət Ziya, şair, tərcüməçi
"Zahid Xəlilin nağıllarının gücü onun hüdudsuz fantaziyasındadır. Bu fantaziyalar uşaqların təxəyyülünü, yaradıcı düşüncəsini inkişaf etdirən gözəl sənət nümunələridir,"
- Zemfira Tahirli, filologiya elmləri namizədi

  • Yaş Kateqoriyası: 7 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 256 (ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 9789952311938
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Zahid Xəlil
  • İllüstrator: Nuranə Tahirova
8.40