Kağız sehrbazı

Kağız sehrbazı
Kağız sehrbazı

Seoni Tvil könülsüz halda sehrbaz Emeri Teynin evinə gəlir. "Tagis Praff" məktəbində sehrbazlıq təlimini başa çatdırdıqdan sonra onun, arzuladığı kimi, metal sehrbazı yox, kağız sehrbazı olmasına qərar verilir.
Beləliklə, Seoni məcburən kağız sehrini öyrənməli olur. Bu onun ömürlük sənəti olacaqdı. Müəllimi Maq Emeri Teyn ona kağız sehrbazlığını öyrədir. Tezliklə Seoni görür ki, Emeri Teyn onun fikirləşdiyindən də maraqlı adamdır. O, kağızdan müxtəlif varlıqlar düzəldir və gələcəyi görürdü. Tezliklə Seoni qadağan olunmuş sehrlərin necə təhlükəli olduğunu anlayır. Çünki insan sehrbazı Teynin evinə gəlir və onun ürəyini çıxarıb aparır.
İndi Seoni müəlliminin həyatını xilas etmək üçün həmin təhlükəli sehrbazla üzləşməlidir. O, Teynin hələ də döyünən ürəyində macəralarla üzləşir və eyni zamanda gənc müəllimi ilə bağlı hər şeyi öyrənir.
Xəyalpərəst yazıçı Çarli N. Holmberqin "Kağız sehrbazı" romanı qeyri-adi macəraları sevən hər bir oxucunun bəyənəcəyi əsərdir.

Yaş Kateqoriyası: 15 yaşından yuxarı
Yumşaq üz qabığı
196 (ağ-qara) səhifə
ISBN: 978-9952-311-36-5
İllüstrator: Aydan Allahverdiyeva
Əlavə: ingilis dilindən tərcümə
Ölçü: 131x203mm
Bu kategoriyaya aid kitablar

Kövrək buzlar üstündə

Yalov və And ağacı

Джек Темплер – Охотник на монстров. Книга первая.