Səbət
Ara toplam: 0.00 ₼

Dəniz kənarında bir kənddə

TEZLİKLƏ
Books Icon

Dəniz kənarında bir kənddə
ingilis dilindən tərcümə

"Gözoxşayan illüstrasiyalara (elə təkcə evdəki itin mənalı gözlərinə görə bu kitabı almağa dəyər) və rəvan süjet xəttinə malik hekayədə bir ailə başçısının qazanc dalınca uzaq və təhlükəli dənizlərə üz tutması ilə yanaşı, isti yuva məfhumu da təsvir edilir. Böyüklər rəssamın (yəni müdrik çəyirtkənin) sənətkarlığını qiymətləndirərkən, uşaqlar hər səhifədə yeni elementlər kəşf edərək kitabı dönə-dönə oxumaq istəyəcəklər. Bu kitabı artıq il ərzində oxuduğum ən sevimli şəkilli kitablardan biri hesab etmək olar",
- Robert MakDonald, "The Book Stall"
"Vyetnamın dənizkənarı kəndində sakit bir evdə əsrarəngiz çəyirtkənin çəkdiyi rəsmdə fırtınaya düşmüş və ailəsinin yanına sağ-salamat qayıtmağa çalışan balıqçı təsvir olunur. Təsirli mətn və zəngin illüstrasiyaların dili ilə nəql olunan əhvalatda rəssam çəyirtkənin hekayənin yaradıcısı, yoxsa nağıl dünyasına pəncərə olduğuna özünüz qərar verəcəksiniz",
- Barbara Midlton, kitabxanaçı, Taypel Amerikan məktəbi.
"Düşünürəm ki, bu hekayə mükafatlara layiqdir. Bizim ailəmiz multikultural kitabları sevir, ümumiyyətlə Vyetnam həyat tərzinin təsvir olunduğu belə uşaq kitablarına nadir hallarda rast gəlmək olur",
- Kəti Balç, "BookTree"

  • Yaş Kateqoriyası: 3 yaşından yuxarı
  • Bərk üz qabığı
  • 36(rəngli) səhifə
  • Əlavə: ingilis dilindən tərcümə
  • Ölçü: 254x229mm
  • ISBN: 9789952311617
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Muon Van
  • İllüstrator: Aprel Çu
8.40