Oliver Tvistin macəraları

Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çarlz Dikkensin "Oliver Tvistin macəraları" əsəri klassik ingilis ədəbiyyatının tənqidi realizm janrındadır. Həyatın ən qaranlıq küncündə dünyaya göz açanların qaça bilmədiyi, məcburən yaşadığı tale, onların bu çirkabdan çıxmaq üçün apardığı mübarizə əsərin əsas mövzusudur. Uğursuz təsadüflərin təqib etdiyi balaca Oliver də hələ saflığını, ədalətə, insanlığa inamını itirməmiş kimsəsiz uşaqdır. Hər cür səfalətə, əzaba dözən bu oğlan təhqirlərə tab gətirə bilmir və böyük şəhərə - Londona qaçır. Lakin burada da bədbəxtlik onu axtarıb tapır. Oğru şəbəkəsinin əlinə düşən oğlan artıq istəsə də, bu cinayətkar qrupdan ayrıla bilmir. Xoşbəxtlikdən, heç də bütün təsadüflər uğursuz deyil, insan bəzən uğurlu təsadüflərlə də üzləşir. Məhz bu təsadüflər nəticəsində Oliver özü haqqında həqiqəti gec də olsa öyrənir...

Yaş Kateqoriyası: 14 yaşından yuxarı
Yumşaq üz qabığı
824(ağ-qara) səhifə
ISBN: 978-9952-311-27-3
Müəllif: Çarlz Dikkens
İllüstrator: Aygül Bayramlı
Ölçü: 126x190mm
Bu kategoriyaya aid kitablar

Məktəb şagirdlərinə töhfə

Alisa möcüzələr aləmində

Biletsiz sərnişin