Məni itirməyin

Məni itirməyin
Məni itirməyin

"Məni itirməyin" kitabında xalq yazıçısı İsmayıl Şıxlının əfsanə və rəvayətləri, hekayələri və cəbhə xatirələri yer alır.
İsmayıl Şıxlının bütün əsərləri maraqla oxunur, qələmə aldığı hadisələr uydurma deyil, gerçək həyatdan götürülüb. Hamısı yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçib. Bu əsərlərdə mənəvi- əxlaqi dəyərlər, həyat reallıqları, insan psixologiyası əks olunur. Yazıçının bütün əsərləri öz dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.

"Xalq yazıçımızın yarım əsrlik yaradıcılıq yolu barədə fikirləşəndə onun şəxsi keyfiyyətləri, gözəl, nəcib insanlığı, pedaqoji fəaliyyəti, sözün geniş mənasında müəllimliyi barədə danışmamaq olmur. O, həmişə görüşünə can atdığın, üzü nurlu, hər hərəkəti, hər sözü ilə nə isə bir şey öyrədən, bir şey təlqin edən insandır, əsl yaxşılıq məktəbidir, Azərbaycan ziyalılığı nümunəsidir,"
- Sabir Rüstəmxanlı, Xalq şairi

"İsmayıl müəllimin dərsi olan gün sevincdən biz tələbələrin gözünə yuxu getmirdi. Bu, heç yaddan çıxarmı?"
- Kamil İsmayılov, jurnalist

Yaş Kateqoriyası: 13 yaşdan yuxarı
Yumşaq üz qabığı
412 (ağ-qara) səhifə
ISBN: 978-9952-311-02-0
İllüstrator: Ayşə Məhərrəmova
Ölçü: 126x190mm
Bu kategoriyaya aid kitablar

Yasəmənim

Qara Köhlən

Aslan, cadugər və sehrli şkaf