Oğluma nəsihət

Oğluma nəsihət
Oğluma nəsihət

Dahi Azərbaycan şairi Nizami Gəncəvi üç poemasında "OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT" deyə ümumilikdə bütün gənclərə öyüdlər yazıb. Amma böyük mütəfəkkirin öyüdləri təkcə bununla bitmir. Əsərlərinin hamısında oxucunu gəncliyin qədrini bilməyə səsləyir. Ona görə də kitabı "Oğluma nəsihət" adlandırmışıq. Bununla da onun əsərlərində yer almış , eləcə də orta məktəb dərsliklərində adları çəkilən və ya ixtisarla tədris olunan bütün ibrətamiz hekayələri, fəlsəfi düşüncələri, bədii sözü yüksək qiymətləndirən, az sözlə böyük məna ifadə edən müraciətləri, gəncliyi tərənüm edən beytləri, rübailəri, qəzəlləri, qəsidələri bir yerə toplayıb təqdim edirik. Kitab şagirdlər, tələbələr və müəllimlər üçün nəzərdə tutulub. "İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöhrəti qazanan "Xəmsə" şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi zəruri olan zəngin bədii xəzinədir. Bütün şairlər onun ustalığını etiraf etmişdir",- Abbasqulu ağa Bakıxanov, görkəmli tarixçi, diplomat və tərcüməçi "İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur",- Yohann Volfqanq Höte, dahi alman şairi

Yaş Kateqoriyası: 12 yaşından yuxarı
Yumşaq üz qabığı
404(ağ-qara) səhifə
ISBN: 978-9952-311-21-1
Müəllif: Nizami Gəncəvi
İllüstrator: Amil Quliyev
Ölçü: 126x190
TEZLİKLƏ
Bu kategoriyaya aid kitablar

Qrin Qeyblz malikanəsinin qızı Anni

Kiçik qəhrəman

TEZLİKLƏ

Zaman maşını