Səbət
Ara toplam: 0.00 ₼

Dəhşətli bibi

TEZLİKLƏ
Books Icon

Dəhşətli bibi
İngilis dilindən tərcümə

Devid Uolyams uşaq ədəbiyyatı dünyasına fırtına kimi gəldi. Onun "Dəhşətli bibi" kitabı ilk dəfə nəşr olunan kimi uşaqların rəğbətini qazandı, reytinq siyahısında birinci oldu və üç ay ərzində 1 milyon nüsxədən çox satıldı.

Sizin dəhşətli bibiniz var? O:
* hazırladığı iyrənc soxulcan əzməsini yeməyə məcbur edir?
* üstünə "MƏN BİBİMİ SEVİRƏM" sözləri yazılmış, dərinizi qaşındıran cemperlər toxuyur?
* hər dəfə sizi görəndə marçıltı ilə öpür?

Dünyada Stella Saksbinin dəhşətli Alberta bibisi kimi dəhşətli bibi ola bilməz. Bəs o nə qədər dəhşətlidir? Oxuyun və öyrənin!
Dünya miqyaslı bestseller müəllifi Devid Uolyams sizə tam fərqli, səmimi və gülməli macəraları təqdim edir!
Bu, Daş-daş oyunundan da yaxşıdır.


Stella Saksbi Saksbi Hol malikanəsinin yeganə varisidir. Lakin dəhşətli Alberta bibi və onun yekə bayquşu bu evi qızın əlindən almaq üçün hər şeyə əl atırlar. Xoşbəxtlikdən, Stellanın bir sirri var... Bu qəribə sir onun həm də gizli silahıdır.

  • Yaş Kateqoriyası: 12 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 416 (ağ-qara) səhifə
  • Əlavə: İngilis dilindən tərcümə
  • Ölçü: 140x222 mm
  • ISBN: 9789952520392
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Devid Uolyams
  • İllüstrator: Toni Ross
8.40