Velosipeddə üç kişi

Velosipeddə üç kişi
Velosipeddə üç kişi

Cerom K. Ceromun "Qayıqda üç kişi" əsərinin nəşrindən 11 il sonra - 1900-cü ildə yazdığı "Velosipeddə üç kişi" əsəri planlaşdırıldığı kimi baş tutmayan velosipedlə səyahət barədədir.
"Məşhur" üç britaniyalı dost Almaniyanın Qara meşəsinə səyahətə gedir. Komik üçlüyün sərgüzəştləri burada da davam edir. Onlar alman dilini yaxşı bilmədikləri üçün tez-tez gülməli vəziyyətə düşürlər. Dostlar istər qatara bilet alanda, istərsə də hədiyyə seçəndə çətinliklərlə üzləşirlər. Xəritədən düzgün istifadə edə bilmədikləri üçün başlarına gəlməyən oyun qalmır. Kompas əvəzinə saatdan, ya da qarışqa yuvasından istifadə edir, nəticədə azıb qalırlar...
Bu macəraların fonunda almanlarla ingilislər arasındakı fərqli cəhətlərə də toxunulur, Avropa xalqlarının mədəniyyətləri müqayisə olunur.
Kitab yeniyetmələr və gənclər üçün nəzərdə tutulub.

Yaş Kateqoriyası: 15 yaşından yuxarı
Yumşaq üz qabığı
224 (ağ-qara) səhifə
ISBN: 978-9952-515-82-4
Müəllif: Cerom K. Cerom
İllüstrator: Ruhulla Həsənzadə
Əlavə: İngilis dilindən tərcümə
Müəllifin kitabları

Qayıqda üç kişi (iti saymasaq)

Bu kategoriyaya aid kitablar

Qrin Qeyblz malikanəsinin qızı Anni

Gümüş taxt

TEZLİKLƏ

Qayıqda üç kişi (iti saymasaq)