Səbət
Ara toplam: 0.00 ₼

Şahzadə Eduard adasının qızı Anni

TEZLİKLƏ
Books Icon

Şahzadə Eduard adasının qızı Anni
İngilis dilindən tərcümə

Kanadalı yazıçı Lyusi Moud Montqomerinin "Şahzadə Eduard adasının qızı Anni" əsərinin qəhrəmanı Anni qəsəbədən tanıdığı Priskilla Qrant, Gilbert Blit və Çarli Slonla birlikdə Redmond universitetində ali təhsil almaq üçün Avonlini, çox sevdiyi Qrin Qeyblz malikanəsini tərk edir. Burada keçirdiyi 4 illik tələbəlik dövründə baş verənlər, yeni tanışlar onun həyatını dəyişdirir. Qızlar yeni tanışları - gözəl, qəribə və meşşanlığa alışmış Filippa Qordonla birlikdə yaşıllıqların arasında arzuların məkanı kimi görünən Pettinin evinə köçürlər. Günlərin birində Anni də bütün gənc qızlar kimi həmişə xəyalını canlandırdığı romantik evlilik təklifi alır. Amma heç də hər şey onun gözlədiyi kimi olmur və sonradan xatırlamaq istəmədiyi bu an onun həyatında böyük bir boşluq yaradır. Bir müddət sonra o, arzuladığı şahzadə ilə - romantik, yaraşıqlı və varlı ailədən olan Royal Qardnerlə tanış olur. Görəsən, bu tanışlıq hamının gözlədiyi kimi evliliklə bitəcəkmi? Anninin hiss etdiyi boşluğu Royun sevgisi doldura biləcəkmi? Kürən saşlı Anni Şirlinin yeni, romantik macəraları ilə tanış olmaq istəyənlər seriyanın üçüncü kitabı olan "Şahzadə Eduard adasının qızı Anni" kitabını əldə edə bilərlər.

  • Yaş Kateqoriyası: 15 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 312 (ağ-qara) səhifə
  • Əlavə: İngilis dilindən tərcümə
  • Ölçü: 126x190
  • ISBN: 9789952515862
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Lyusi Moud Montqomeri
  • İllüstrator: Ruhulla Həsənzadə
8.40