Səbət
Ara toplam: 0.00 ₼

Kövrək buzlar üstündə

TEZLİKLƏ
Books Icon

Kövrək buzlar üstündə
İngilis dilindən tərcümə

Bir yeniyetmənin parçalanmış cəsədi balaca bir Arktika kəndində, buzun üstündə tapılır. Sürətlə dəyişən Arktika iqlimi qorxuya düşmüş ac qütb ayılarını insanlara, görəsən, bu qədərmi yaxınlaşdırıb? Altı gün davam edən çovğun zamanı qorxmuş kəndlilər az qala hər kölgəni qütb ayısı zənn edib vahiməyə düşürlər.
Qorxulu şaman yuxularında Eşlinin qütb ayıları ilə mistik əlaqəsi yaranır. O, yuxularında insanlara min illər boyu kömək etmiş əfsanəvi qütb ayısı Nanurlukun sınağından keçməli olur. Bu sirli məxluqla ruhi əlaqələrini başa düşməyə çalışarkən, qızın gerçək və xəyali dünyası iki yerə parçalanır.
"Kövrək buzlar üstündə" əsəri iqlimi sürətlə dəyişən Arktikada ilahi vergili gənc qızın öz həqiqi evini tapmaq cəhdlərinin hekayətidir. Mədəniyyət, iqlim, ətraf aləm bu qızın gözləri qarşısında sanki ovulub dağılır.

"Ümid edirəm ki, bu kitabı oxuyan insanlar iqlim dəyişikliyinin İnuit mədəniyyətinə təsirini başa düşəcəklər. Gərək hər kəs təkcə İnut və qütb ayıları yox, həm də qlobal cəmiyyət üçün narahat olsun. Nə qədər ki gec deyil, onları qorumaq üçün nəsə bir iş görmək lazımdır" - keçmiş Nunavut müvəkkili, İnuit mədəniyyətinin təbliğatçısı Peter İrniq.

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 348 (ağ qara) səhifə
  • Format:131x203mm
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 9789952513363
  • Qiymət : 11.20 AZN
  • Endirimli qiymət : 6.90 AZN
  • Müəllif: Ceymi Bastedo
6.90