Qrin Qeyblz malikanəsinin qızı Anni

Qrin Qeyblz malikanəsinin qızı Anni
Qrin Qeyblz malikanəsinin qızı Anni

"Qrin Qeyblz malikanəsinin qızı Anni" kitabındakı hadisələr 20-ci əsrin əvvəllərində Kanadada - Şahzadə Eduard adasında cərəyan edir. Kitab geniş oxuçu kütləsi üçün nəzərdə tutulmuş, lakin ilk nəşr olunduğu vaxtdan klassik uşaq ədəbiyyatı nümunəsi kimi məşhurlaşmışdır. Anna Şirli 11 yaşlı yetim qızdır. Onu kiçik, ucqar bir kənddə yaşayan ortayaşlı bacı-qardaş - Metyu və Marilla Katbertlər övladlığa götürür. Əslində, Katbertlərə ferma işlərində Metyuya kömək etmək üçün oğlan övladı gərək idi. Lakin Annanın cazibəsi və şirinliyi onları yoldan çıxarır və nəticədə onlar qızı öz övladları qədər sevirlər. Anna Şirlinin Avonlidəki həyat macəralarından bəhs edən kitab 50 milyon nüsxədən artıq satılıb və ən azı 20 dilə tərcümə olunub. Əsər dünyanın bir çox məktəblərində ədəbiyyat dərsində tədris edilməkdədir.

Yaş Kateqoriyası: 11 yaşından yuxarı
Yumşaq üz qabığı
360 səhifə
ISBN: 978-9952-494-95-2
Əlavə: Azərbaycan dilində ikinci nəşri
Müəllifin kitabları

Avonli qəsəbəsinin qızı Anni

Şahzadə Eduard adasının qızı Anni

Bu kategoriyaya aid kitablar

Yay səhəri

Şahzadə Eduard adasının qızı Anni

“Dan ulduzu”nun səyahəti

TEZLİKLƏ