Səbət
Ara toplam: 0.00 ₼

İnsan bədəni

TEZLİKLƏ
Books Icon

İnsan bədəni
İngilis dilindən tərcümə

Uşaqlarda mütaliəyə maraq yaratmağın ən yaxşı üsulu onları poster-kitablarla tanış etməkdir. Buna görə də sizə bu cür kitablardan ibarət bütöv bir seriyanı təqdim edirik. "Mənim böyük poster-kitabım" seriyasında insan bədəni, dünya, kainat və s. mövzular sadə mətnlər və rəngli şəkillərlə əks olunur.
"İnsan bədəni" adlı şəkilli kitab tədris vəsaiti kimi nəzərdə tutulub. Kiçik mətnlərlə izah olunan cəlbedici şəkillər kitabı daha da oxunaqlı edir.
Necə heyrətamiz olduğunuzu kəşf edin!
İnsan bədəninin quruluşunu öyrənmək uşaqlar üçün çox vacibdir, çünki onlar təbii olaraq öz orqanizmlərinə maraq göstərirlər. Bu maraq onları vahid bir mexanizm şəklində işləyən orqanlar sisteminin müxtəlif hissələrini öyrənməyə həvəsləndirir. Biz bədənin hərəkət və düşünmək kimi bir çox funksiyasını
şüurlu şəkildə idarə etməyi öyrənirik.

  • Yaş Kateqoriyası: 7 yaşından yuxarı
  • Bərk üz qabığı
  • 24 (rəngli) səhifə
  • Əlavə: İngilis dilindən tərcümə
  • Ölçü: 230x287mm
  • ISBN: 9789952515831
  • Qiymət : 11.20 AZN
  • Müəllif: Xact books
11.20