Səbət
Ara toplam: 0.00 ₼

Biləndər uşaq

TEZLİKLƏ
Books Icon

Biləndər uşaq
Türk dilindən tərcümə

Həyatda nəyi bilib, nəyi bilmədiyimizi bilmək çox vacibdir. Bunun üçün özümüz və dünya barədə xeyli suala cavab axtarmalıyıq. Bəzən doğru bildiyimizi araşdıranda şübhələnirik. Bəzən də şübhə etdiyimiz bir şeyi araşdıranda doğru ortaya çıxır. Yəni şübhə yeni informasiyalar əldə etməyimizə yol açan bir vasitədir.

Bilik əldə etməyə mane olan səbəblər heç də az deyil. Bunlardan ən əsası hələ tənqidi düşüncəsi lazımi səviyyədə inkişaf etməmiş uşağın zehnini qəlibləşmiş hökmlərdən, "Olmaz!"lardan ibarət divarla əhatələməkdir. Uşaqların əqli inkişafdan qalmaması üçün onları elmi və fəlsəfi düşüncə üsulları ilə vaxtında tanış etmək lazımdır.

Kitab təhsil müddəti boyunca müxtəlif elmlərlə tanış olmasına baxmayaraq, hələ elmi düşüncənin xüsusiyyətləri kimi vacib məsələlər barədə fikirləşməyə macal tapmayan şagirdləri bu mövzu üzərində düşünməyə dəvət edir.

  • Yaş Kateqoriyası: 11 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 120 səhifə
  • Əlavə: Türk dilindən tərcümə
  • ISBN: 9789952510003
  • Qiymət : 7.00 AZN
  • Müəllif: Nuran Direk
  • İllüstrator: Fatih Aksular
7.00