Səbət
Ara toplam: 0.00 ₼

Dünya atlası

TEZLİKLƏ
Books Icon

Dünya atlası
İngilis dilindən tərcümə

Bütün gənc tədqiqatçılara səslənirik!

Planetə aid təsəvvürlərinizi genişləndirərək səyahətə başlayın. Bu yolda bələdçiniz Yer planetinin heyranı, BBC kanalının aparıcısı Nik Kreyndir. Xəritənizi isə rəssam Devid Din çəkib. Planetimizə macəra dolu səyahətdə siz dünya okeanlarını öyrənəcək, Yer kürəsinin fərqli mühitlərini şərqdən qərbə araşdıracaq, müxtəlif insanlarla tanış olub, onların həyat tərzini müşahidə edəcək, rəngarəng canlı təbiətini seyr edəcək, yeni texnologiyalar haqqında məlumat toplayacaqsınız.

Coğrafi regionlara bölünmüş Dünya Atlası Yer kürəsindəki icma va mədəniyyətlərin yerli həyat şəraitinə necə uyğunlaşdığını əks etdirir. XXI əsr üçün hazırlanmış atlasda planetin bütün hissələrinin bir-biri ilə qarşılıqlı əlaqəsi göstərilir, daha təmiz və parlaq gələcək naminə ideyalar verilir.

  • Yaş Kateqoriyası: 10 yaşından yuxarı şagirdlər üçün əlavə dərs vəsaiti
  • Bərk üz qabığı
  • f81jOepCYiE
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 9789952494440
  • Qiymət : 21.00 AZN
  • Müəllif: Nik Kreyn
  • İllüstrator: Devid Din
21.00