Səbət
Ara toplam: 0.00 ₼

Övliya Çələbi kimi

TEZLİKLƏ
Books Icon

Övliya Çələbi kimi
Türk dilindən tərcümə

“Atam hələ də gəlib çıxmırdı. Bir əlimdə dəftər, o biri əlimdə qazlı su ilə masanın arxasında oturub gözləyirdim. Əslində, bu saat kiminsə gəlib: “Ah! Sən tapdın? Götürə bilərəm? Çox təşəkkür edirəm!” – deyərək məni bu yükdən azad etməyini istəyirdim. Amma heç kim gəlmirdi. Dəftəri masanın üstünə qoyub diqqətlə baxmağa başladım. Çox qalın bir dəftər idi. Deyəsən, dəri üzlük bu dəftərə aid deyildi. Onu həmin üzlüyün içinə qoymuşdular. Deməli, bu, bir qab idi. Ağlıma yüz fikir gəlirdi... İçinə baxmağa qərar verə bilmirdim. Özüm özümlə mübarizəyə başladım. Ağlımdan keçən cümlə ağzımdan çıxdı. Öz-özümə: “AÇ VƏ BAX!” – dedim. Tərəddüd içində əlimi dəftərə uzatdım”.

Yay tətilini ailəsi ilə birlikdə Marmarisdə keçirən qəhrəmanımız evə qayıtmaq üçün bilet almağa gedən atası ilə birlikdə avtovağzala gəlir. Atası bilet alana qədər bir kafedə oturub onu gözləməli idi. Lakin yaxınlaşdığı masada bir dəftər görür. Dəftərin sahibinin kim olduğunu, içində nə yazıldığını öyrənmək istəyərkən bir də ayılır ki, tarixin ən məşhur səyyahlarından biri ilə səyahət macərasına başlayıb!

 

  • Yaş Kateqoriyası: 11 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 120 səhifə
  • Əlavə: Türk dilindən tərcümə
  • Ölçü: 135x195mm
  • ISBN: 9789952532579
  • Qiymət : 5.50 AZN
  • Müəllif: Arslan Sayman
  • İllüstrator: Oğuz Demir
5.50