TEZLİKLƏ

Oğurlanmış kolleksiya
Polyak dilindən tərcümə
Tomas və dostları – pişik Kiça, dağsiçanı Yevsey və balıq Klotilda yenə mühüm məsələni həll etməlidirlər.
Bu dəfə xəfiyyələrin ağacda yerləşən bürosuna modelyer-dizayner Rudolf Perkal olduqca məyus vəziyyətdə gəlir. Axı kimsə onun ən yeni geyim kolleksiyasını təqdimata bir neçə gün qalmış oğurlayıb! Görəsən, günahkar kimdir?
Cənab Perkalın köməkçisi, yoxsa dərzi?
Bəs polis çavuşu Yanuş Rıxlitski oğrunu tapa biləcəkmi?
Bunu öyrənmək üçün kitabı oxumalısınız...
- Yaş Kateqoriyası: 8 yaşından yuxarı
- Yumşaq üz qabığı
- 128 səhifə
- Əlavə: Polyak dilindən tərcümə
- Ölçü: 151x213 mm
- ISBN: 9789952311105
- Müəllif: Aqneşka Stelmaşık
Anna Oparkovska - İllüstrator: Anna Oparkovska