Səbət
Ara toplam: 0.00 ₼

Fironun sirri

TEZLİKLƏ
Books Icon

Fironun sirri
İtalyan dilindən tərcümə

Aqata Misteri gələcəkdə detektiv roman yazıçısı olmaq istəyən gənc qızdır... O, fantastik yaddaşa, güclü detektiv intuisiyasına malikdir. Aqatanın bacarıqsız və pinti əmisi oğlu Larri isə “Göz” adlanan Beynəlxalq xəfiyyə məktəbində oxuyur. O, imtahandan keçmək üçün bir-birindən müəmmalı cinayətlərin sirrini açmalıdır.
Fironun Sirri
Məşhur firon barədə sirrin yazıldığı qədim gil lövhə oğurlandıqdan sonra Aqata və əmisi oğlu Larri Misteri Misirə, daha doğrusu, Fironlar vadisi kimi tanınan yerə gedirlər. Bu iki əmiuşağı çox çətin, lakin sehrli məkanda qəribə professorların iştirakı ilə şifrli heroqliflər olan gil lövhəni axtarmaq üçün həyəcanla dolu macəraya qoşulur.

  • Yaş Kateqoriyası: 10+
  • Yumşaq üz qabığı
  • 136(ağ-qara) səhifə
  • Əlavə: İtalyan dilindən tərcümə
  • Ölçü: 140x200
  • ISBN: 9789952313192
  • Qiymət : 6.00 AZN
  • Müəllif: Ser Stiv Stivenson
  • İllüstrator: Stefano Turkoni
6.00