Səbət
Ara toplam: 0.00 ₼

Kralın Kreslosu

TEZLİKLƏ
Books Icon

Kralın Kreslosu

Uşaqlar üçün yazılan hər bir əsər ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi müxtəlif olan minlərlə insan övladı tərəfindən oxunaraq dərk edilir. Zahid Xəlilin zəngin yaradıcılığından seçilib "Kralın kreslosu" adlı bu kitabda toplanmış hekayələr balacaların dünyagörüşünün formalaşmasında, maraq dairəsinin genişlənməsində, əxlaqi və mənəvi tərbiyəsində, xarakterlərinin müsbət istiqamətdə inkişafında və bədii zövqünün cilalanmasında böyük təsir qüvvəsinə malikdir.
"Azərbaycan uşaq nəsrinin inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən
Zahid Xəlil uşaq dünyasının, uşaqların xəyal aləminin bədii inikasını yaratmaq üçün poeziyanın sehrli və sirli boyalarından məharətlə istifadə etmiş, uşaqların estetik- bədii zövqünü formalaşdırmaqdan ötrü bütün imkanlardan ustalıqla yararlanmışdır"
- Füzuli Əsgərli, filologiya elmləri namizədi

  • Yaş Kateqoriyası: 8 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 300(ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 9789952311310
  • Qiymət : 8.40 AZN
  • Endirimli qiymət : 5.90 AZN
  • Müəllif: Zahid Xəlil
  • İllüstrator: Nuranə Tahirova
5.90