Ağacdakı balıq

TEZLİKLƏ
Books Icon

Ağacdakı balıq
İnklüziv təhsilə töhfəmiz

Hamının fərqli bacarığı, qabiliyyəti var. Amma sən balığı ağaca dırmaşa bilmədiyinə görə mühakimə etsən, balıq həyatı boyu özünün axmaq olduğuna inanacaq.

Elay ağıllı adamları aldada bilmişdisə, deməli, özü kifayət qədər ağıllı idi. O, hər dəfə yeni məktəbə gedəndə özünün oxumağı bacarmadığını gizlədərək müəllim və şagirdlərin bunu başa düşməməsi üçün kobud rəftarı ilə onların diqqətini yayındırıb.

Elay başqalarının onu “fərasətsiz” və “məğlub” saymağından bezib, elə düşünüb ki, heç zaman “kütbeyin” birini dəyişmək olmaz.

Elayın yeni müəllimi onun islaholunmaz xarakterinin altında gizlənən parlaq, yaradıcı uşağı görərək onun fitri istedadını üzə çıxarmağa kömək edir.

Elay həqiqəti deməkdən çəkinməyən Keyşa və müxtəlif elmlərlə dərindən maraqlanan Albert ilə dost olur, onlar üçü birlikdə başqalarını ələ salanlara qarşı çıxır.

Tezliklə Elayın oxuduğu sinifdə qəribə hadisələr baş verməyə başlayır. Get-gedə Elay və digər uşaqlar dahilərin hamı kimi düşünmədiyini və onların beyninin fərqli şəkildə işlədiyini anlayırlar.

Müəllif oxuculara həyəcanla dolu, motivasiya edici roman təqdim edir.

  • 248 səhifə
  • Əlavə: İnklüziv təhsilə töhfəmiz
  • Yaş Kateqoriyası: 11 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • Ölçü: 140x210
  • ISBN: 9789952532616
  • Qiymət : 6.90 AZN
  • Müəllif: Oskar Vayld
  • İllüstrator: Ruhulla Həsənzadə
6.90