Səbət
Ara toplam: 0.00 ₼

Külək – Bozqurdun sirri

TEZLİKLƏ
Books Icon

Külək – Bozqurdun sirri

"“Külək – Bozqurdun sirri” əsərində seriyanın ilk kitabında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan – Qaya kömək edəcək. Bəs görəsən Külək öz məqsədinə nail olub onunla açıq savaşa girməkdən çəkinən məkrli düşmənə qalib gələ biləcəkmi?

“Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır”,

– Qənirə Paşayeva millət vəkili

““ASAN Könüllülük Məktəbi”nin minlərlə məzunundan biri olan Xülya Cəfərovanın bu əsərinin də qısa zamanda bestsellerə çevrilən “Külək – Yel kürəsinin şahzadəsi” romanı kimi böyük uğurlar qazanacağına inanıram”,

– Cahangir Hacıyev “ASAN Könüllülük Məktəbi”nin rəhbəri"

  • Yaş Kateqoriyası: 12 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 200 rəngli səhifə
  • ISBN: 9789952313109
  • Qiymət : 10.50 AZN
  • Müəllif: Xülya Cəfərova
  • İllüstrator: Mahir Qafarov
10.50