Səbət
Ara toplam: 0.00 ₼

Xanım Pereqrinin qəribə uşaqlar üçün evi

TEZLİKLƏ
Books Icon

Xanım Pereqrinin qəribə uşaqlar üçün evi
ingilis dilindən tərcümə

SİRLİ ADA             TƏNHA, XARABA UŞAQ EVİ            ƏSRARƏNGİZ FOTOLARDAN İBARƏT QEYRİ-ADİ KOLLEKSİYA        

Bütün bunlara fantastika və fotoların vəhdətindən yaranan, oxucunu daim
həyəcan içində saxlayan “Xanım Pereqrinin qəribə uşaqlar üçün evi” romanında rast gələcəksiniz. Romanda 16 yaşlı Ceykobun Uels sahillərindən uzaq bir
adaya səfəri və orada xanım Pereqrinin qəribə uşaqlar üçün evinin xarabalığını tapması ilə başlayan qorxulu macəra təsvir olunur. Ceykob xaraba evdə otaqları axtararkən burada düşündüyündən də çox qəribəlik olduğunu aşkar edir. Vaxtilə bu evdə yaşayan uşaqlar təhlükəli ola bilərdilər. Yaxud da xeyirxah məqsədlə bu xəlvət adaya sığına bilərdilər. Amma nə olursa olsun, bu qədər vaxtdan sonra onların sağ qalması mümkün deyildi. Köhnə fotoların ağlasığmaz mistikası ilə başlayan və dünyada 40-dan çox dilə tərcümə olunan “Xanım Pereqrinin qəribə uşaqlar üçün evi” əsəri yeniyetmələrin, gənclərin və macəra sevən hər kəsin zövqünü oxşayacaq.

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 342(ağ-qara) səhifə
  • Əlavə: ingilis dilindən tərcümə
  • Ölçü: 132x208mm
  • ISBN: 9789952311594
  • Qiymət : 8.50 AZN
  • Endirimli qiymət : 7.90 AZN
  • Müəllif: Rensom Riqqz
7.90