Səbət
Ara toplam: 0.00 ₼

Yalov və And ağacı

TEZLİKLƏ
Books Icon

Yalov və And ağacı
Rus dilindən tərcümə

On beş yaşlı Yalov öz yaşıdlarına bənzəmir, dəcəlliyi ilə kənddə ad çıxarıb, sözə baxmır, hamı ondan gileylidir. Atası onu cəzalandırmaq üçün alaçıqda tənha yaşayan babasının yanına göndərir. Yalov babanın yanında darıxacağını düşünür, çünki başına nə gələcəyindən xəbərsizdir. Babası ona təhlükəli və mühüm tapşırıq verir. Lakin oğlan bu dəfə də öz bildiyini edir, birbaşa xanın yanına getmir. Çünki indiyə qədər verilən sözləri, edilən vədləri öz budaqlarında qoruyan And ağacı təhlükədədir. Bu isə o deməkdir ki, müharibə olacaq, illərdir dərin quyunun dibində yatan Əjdaha oyanacaq. Yalovu çətin imtahan gözləyir, o ilanlar şahını tapmalıdır, qorxunun nə olduğunu bilməyən qırx igidlə görüşüb təhlükəni xəbər verməlidir və nəhayət, alovlu nəfəsi ilə hər tərəfi yandıran qorxunc Əjdahaya qalib gəlməlidir.
Görəsən, Yalov boz paltarlı hiyləgər qoca Ah-vayın məkrinə uymayacaq ki? Bəs hərislik gözünü örtmüş zalım İkiüzlü öz məqsədinə çatıb xanın torpaqlarını ələ keçirəcək?
"Yalov və And ağacı" nağılı yeniyetmə və gənclərdə sədaqət, qorxmazlıq və məsuliyyət hissinin, öz gücünə inamın vacibliyini təbliğ edir.

  • Yaş Kateqoriyası: 10 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 96 (rəngli) səhifə
  • Əlavə: Rus dilindən tərcümə
  • Ölçü: 150x220mm
  • ISBN: 9789952311044
  • Qiymət : 6.00 AZN
  • Endirimli qiymət : 4.90 AZN
  • Müəllif: Kamran Əliooğlu
  • İllüstrator: Fərid Qorxmazoğlu
4.90