Səbət
Ara toplam: 0.00 ₼

Böyük magistrin sirri (III kitab)

TEZLİKLƏ
Books Icon

Böyük magistrin sirri (III kitab)
Polyak dilindən tərcümə

Sirlər! Məxfi təşkilatlar! Təhlükə!

Polşada yay tətili əyləncəli başladı! Meşə, çəmənlik, ağaclardan dərilən təzə meyvələr... Hələ cəngavərlik turniri yarışlarını heç demirik. Yəni dostlar bütün tətil müddətində darıxmazlar. Lakin gözlənilməyən hadisələr bir-birini əvəz etdi...
Bartek, Anya və dostları gizli otağa girəndə qapını arxadan bağlayan kim idi? Bəlkə, bu, Rışard dayının seyfindən oğurluq edən adam idi? Bəs Vyanada kim ölüm təhlükəsi ilə üzləşəcək? Bu sualların cavabı hansı böyük sirrin açarıdır?
Ostrovskilər və Qardnerlər əfsanəvi təbərrük qabını axtarmağa başlayırlar. Görəsən, onlar Tevton Ordeninin müəmmalı şəkildə yox olmuş xəzinəsini tapacaqlar? Bəlkə böyük magistrin sirri bir tələdir? Hər şey o qədər qarmaqarışıqdır ki, kimin dost, kimin düşmən olduğu bilinmir. Hətta Ofeliya xanımın da heç kəsin ağlına belə gəlməyən sirləri var...
Orta əsr sarayları, cəngavərlik turniri, təhlükəli rəqiblər, ölümcül təqib, unudulmuş sirlər və yüzilliklərdən qalmış xəzinə...
Bu sirli macəranı oxumaqdan zövq alacaqsınız!

  • Yaş Kateqoriyası: 12 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 224 (rəngli) səhifə
  • Əlavə: Polyak dilindən tərcümə
  • Ölçü: 145x205mm
  • ISBN: 9789952311068
  • Qiymət : 9.80 AZN
  • Müəllif: Aqneşka Stelmaşık
  • İllüstrator: Yatsek Pasternak
9.80