Səbət
Ara toplam: 0.00 ₼

Gecə qırğısı

TEZLİKLƏ
Books Icon

Gecə qırğısı
İngilis dilindən tərcümə

Uispin ətrafda baş verənləri heç cür öyrənə bilmir. O, ulduzları "oxumağı" bacarmır. Bu isə səyahət etməyə böyük həvəsi olan yeniyetmə qırğı üçün böyük problemdir. Üstəlik, həmyaşıdları, valideynləri və aclıqdan əziyyət çəkən koloniya da ona maneçilik törədir. Ona görə də qırğı heç kimə fikir vermədən Amazondan Akrtikaya qadağan olunmuş köç səyahətinə çıxmağı qərara alır. Tək. Ya da ona elə gəlir ki, səyahətə tək çıxıb...
İki qitədən keçərək Cənubi Amerikanın yüksək And dağlarının, Meksikadakı qorxunc Popokatepetl vulkanının üstündə qanad çalır, Arizona səhrasından, Alberta qatran bataqlığının üstündən keçir, indiyə qədər heç bir qırğının qədəm basmadığı şimala üz tutur... Görəsən, Uisp bunu bacaracaqmı? Görəsən, Yer üzünün xəyanətlə dolu ən uzun köçünü ulduzların köməyi olmadan həyata keçirə biləcəkmi?
Bir çox mükafatların sahibi, yazıçı Ceymi Bastedo özündə dostluq və ailəni, cəsarət və mətanəti birləşdirən, sürətlə dəyişən dünyada yaşamağın hətta bir quş üçün də nə qədər çətin olduğunu göstərən təsirli hekayə yaradıb.

"Müəllif öz "qoruyucu mələk" funksiyası, habelə emosional, canlı və dərin müşahidələri ilə özünü təbiətin bir parçasına çevirir" - "Canadian Geography"

"Təbiətə dair biliklərini rəssam gözü və uşaq marağı ilə birləşdirən çox maraqlı yazıçıdır" - "Arctic"

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 240 (ağ qara) səhifə
  • Format:131x203mm
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 9789952513356
  • Qiymət : 9.80 AZN
  • Müəllif: Ceymi Bastedo
9.80