Səbət
Ara toplam: 0.00 ₼

Anamın nağılları

TEZLİKLƏ
Books Icon

Anamın nağılları

“Anamın nağılları” kitabı yazıçının anası Böyükxanım ananın dilindən eşitdiyi, yazıya aldığı nağıl və əfsanələrdən ibarətdir. Əzizə ana yüz illər boyu hafizələrdə yaşayan, dildən-dilə, nəsillərdən-nəsillərə ötürülən bu şifahi xalq nümunələrini öz yazıçı təxəyyülündən keçirərək oxuculara təqdim edir. Kitab orta və böyükyaşlı uşaqlar üçün nəzərdə tutulur.

Əzizə xanım məni anasından yadigar nağıllara qulaq asmağa çağırdı. Birini oxudu. İkincisini dinləmək həvəsi qəlbimi doldurdu. Üçüncüsünü... birini də... birini də... Beləcə bir kitab nağılın ilk qonağı oldum.”

– Məmməd Aslan, Azərbaycan şairi

“Əzizə Cəfərzadə xalqın dlini gözəl bilən yazıçılarımızdan idi”

– Zahid Xəlil, filologiya elmləri doktoru, professor

“Əzizə Cəfərzadənin “Anamın nağılları” silsilə yazıları müdrik Azərbaycan xanımının dünya, həyat və onun sirləri haqda həqiqətləri uşaqlara çatdıran  xəzinəsidir. Bir birindən maraqlı bu nağıllar şirin dili, əsrarəngiz biçimi ilə oxucuları sehrli dünyaya aparır.”

– Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent

“Kitabı oxuduqca, gözlərimiz qarşısında sinəsi layla, bayatı, nağıl, dastan və başqa el ədəbiyyatı nümunələri ilə dolu olan geniş dünyagörüşlü və zəngin mənəviyyatlı Azərbaycan qadınının simvolu canlanır. Bütün bu yüksək keyfiyyətlər Əzizə Cəfərzadə şəxsiyyətinin və onun çoxşaxəli yaradıcılığının əbədiyaşarlığına təminat yaradır.”

– Gülbəniz Babayeva, filologiya üzrə fəlsəfə doktoru

7.90