Səbət
Ara toplam: 0.00 ₼

Hans Brinker və ya Gümüş konkilər

TEZLİKLƏ
Books Icon

Hans Brinker və ya Gümüş konkilər

Gümüş konki uğrunda yarışda taxta konkilərlə qalib gəlmək olar? Heç  inandırıcı deyil. Görəsən, bunun sirri nədədir? “Hans Brinker və ya Gümüş konkilər” romanını oxuyanda  həmin sirrdən agah olacaqsınız. Hələ bu harasıdır?! Sirr var, sirrin içində! Don bağlamış çayda adamayovuşmaz Bukmanı görən Hans cəsarətlə onun qarşısını kəsir... Bax beləcə, macəralar və sirlər bir-birini qovmağa başlayır...

Beyin-kəllə travması alan Raff Brinker sağalıb “Tomas Hiqs” adını xatırlayır. Birdən məlum olur ki, gümüş konkinin futlyarına “T” və “H” hərfləri yazılıb. Növbəti həyəcan başlayır... Sirlərin kələfi Niderlanddan İngiltərəyə gedib çıxır.

Romanda hadisələr o qədər sürətlə və gərgin şəkildə cərəyan edir ki, ürəyiyumşaq oxucu macəraların içinə qapılır, dolaşıqlardan çıxış yolu axtarır, və nəhayət, sirlərin üstünün açılmasına şahid olur...

  • Yaş Kateqoriyası: 10+
  • Bərk üz qabığı
  • 360 səhifə
  • ISBN: 9789952540789
  • Qiymət : 7.90 AZN
  • Müəllif: Meri Meyps Dac
  • İllüstrator: Amil Quliyev
7.90