Saqqallı uşaq

TEZLİKLƏ
Books Icon

Saqqallı uşaq

Azərbaycanda ilk satirik jurnal olan “Molla Nəsrəddin” məcmusunun naşiri, dahi yazıçımız Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” kitabında ədibin satirik hekayələri toplanıb. Dövrünün problemlərini, cəmiyyətin eybəcərliklərini, qüsurlarını acı gülüşlə ifşa edən Cəlil Məmmədquluzadə öz əsərlərində satiranın dili ilə xalqın tərəqqisinə əngəl olan dərdləri “qamçılayırdı”. O, Azərbaycan xalqı üçün elmdən başqa nicat yolunun olmadığını var gücü ilə car çəkirdi. Yazıçının milli istiqlal arzuları Azrbaycan dövlət müstəqilliyi qazandıqdan sonra gerçəkləşdi.

“Cəlil Məmmədquluzadə öz “Ölülər” əsəri kimi ölməzdir. Onun əsərləri hərəkətdədir, yaşayır və yaşayacaqdır. Mənə elə gəlir ki, o, xalq tərəfindən sevilə-sevilə oxunmasına, hətta öz vətənindən uzaqlarda şöhrət tapmasına belə qiymət verərdi: “Niyə, bəd deyil!”
– Süleyman Rüstəm, Xalq şairi

“Realist uşaq nəsrinin əsasını qoyan Cəlil Məmmədquluzadənin hekayələrində uşaqların tərbiyəsi ilə bağlı cəmiyyəti düşündürən bir sıra problemlər öz əksini tapmışdır,”
– Zahid Xəlil, uşaq yazıçısı
8.00