Yasəmənim

TEZLİKLƏ
Books Icon

Yasəmənim

Bütün həyatını, ömrünü uşaq ədəbiyyatına, mətbuatın inkişafına, balalarımızın, gənclərimizin təlim-tərbiyəsinə, onların dünyagörüşünün formalaşmasına həsr edən, “Göyərçin” jurnalının baş redaktoru olmuş Tofiq Mahmudun “Yasəmənim” kitabında onun uşaq şeirləri, mənzum nağılları və poemaları toplanıb. Tofiq Mahmudun şeirlərində insan sevgisi dil açıb danışır. Klassiklər səviyyəsinə yüksəlmiş şairin əsərlərində sevgi, həyat eşqi, gözəllik, vətənpərvərlik duyğuları əsas mövzudur. Bu, təsadüfi deyildi, çünki Tofiq Mahmud son dərəcə işıqlı, nurlu, kövrək, uşaq kimi təmiz insan idi .
 “Tofiq Mahmud Azərbaycan torpağını çılğın bir ehtirasla sevən şair, nasir və publisist idi, böyük mərifət sahibi, qayğıkeş insan nümunəsi idi . Bütün bu keyfiyyətlərin bünövrəsində onun səmimiliyi və təvazökarlığı dururdu,”
 –Məmməd Araz, Xalq şairi
 “Tofiq Mahmud Azərbaycan tarixinin ən gözəl səhifələrində özünə layiqli yer tutmuş gözəl insan, vətəndaş və şəxsiyyət idi . O öz həyatını cəmiyyətin gələcəyinə, uşaqlarına həsr etmişdir,”
–İsmayıl İbrahimov, akademik
  • Yaş Kateqoriyası: 6 yaşdan yuxarı
  • Yumşaq üz qabığı
  • 384 (ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 978-9952-311-82-2
  • Qiymət : 10.00 AZN
  • Müəllif: Tofiq Mahmud
  • İllüstrator: Ruhulla Həsənzadə
10.00